Qanun qüdrətlidir.
Firmamız, Azərbaycanda həm transsərhəd, həm də daxili kontekstdə maraqları olan biznes, hökumət, kommersiya və qeyri-kommersiya qurum və şəxslərə Azərbaycan hüququnun bütün sahələrinə dair təcrübəsini təklif edir.
Bureau 28a-da Azərbaycanda həm transsərhəd, həm də daxili kontekstdə maraqları olan biznes, hökumət, kommersiya və qeyri-kommersiya qurum və şəxslərə Azərbaycan hüququnun bütün sahələrinə dair təcrübəsini təklif edirik. Təklifimiz əsasən transsərhəddir:
- ən dolğun yerli qanun və praktiki məsləhətlərin təmin edilməsinə diqqət yetirməklə biz bazara daxil olan, artıq mövcud olan, maraqlanan və ya bazardan çıxanlara məsləhət veririk
- biz Azərbaycandan xaricə sərmayə qoyanlara kömək edirik
- biz həm də ölkə daxilində fəaliyyət göstərənlərə dünyanın ən qabaqcıl təcrübələrini çatdırmağa kömək edirik
Hüquqşünaslarımız Respublikanın son üç onillikdə, dünyaya açılan yeni müstəqil yuridiksiyadan özünə güvənən müvəffəqiyyətli investor və öz hüquqlarını tanıyan bir ev sahibinə qədər, inkişaf etdiyi yolda təcrübələrini toplamaqdadır.
Biz neft və qazın hasilatı və daşınması bazarının yeni iştirakçılarına kömək etmiş, Azərbaycandan kənarda ilk satınalmalarda və investisiya layihələrində yerli şirkətlərə köməklik göstərmiş, qabaqcıl beynəlxalq standartlara uyğun fəaliyyət göstərmək istəyən yerli qurumları təmsil edərək, hüquqi məsləhətlərin ən yüksək səviyyəsində fəaliyyət göstərməyə davam edirik.
Təcrübəmiz əmək və məşğulluq hüququ, müqavilə hüququ, miqrasiya, əqli mülkiyyət, antiinhisar, vergi və gömrük qanunvericilikləri kimi sahələrə şamil olunur. Biz korporativ əldəetmələr (birləşmə və əldəetmələr, M&A) və yenidən təşkil istiqamətində məsləhətlər veririk.
Hüquqşünaslarımız Azərbaycanın enerji (bərpa olunan enerji mənbələri daxil olmaqla), bank işi və maliyyə, eləcə də telekommunikasiya kimi əsas sənaye sahələrində təcrübəyə malikdirlər.