Ayxan Əsədov, Bakıda ‘böyük dördlük’ mühasibat firmalardından birində hüquq məsləhətçisi kimi işə başlayaraq, 25 ildən artıq hüquqi təcrübəyə malikdir. O, 1997-ci ildə beynəlxalq hüquq firmalarının birinə onun Almatı ofisinə işə qəbul edilərək, 1998-cü ilin aprelində Bakıda açılmış yeni ofisinə keçirilmişdir. 2009-cu ildə, Ayxan həmin firmanın ilk yerli Azərbaycanlı ortağı olmuşdur. 2013-cü ildə Ayxan idarəedici ortaq qismində Azərbaycanın aparıcı hüquq firmalarının birinə qoşulmuşdur.
2023-cü ildən başlayaraq, Ayxan öz Firmanı, Bureau 28a-nı təsis etmişdir.
Ayxan müqavilələr, vergitutma, antiinhisar, və gömrük hüquqları daxil olmaqla, kommersiya hüququnun bütün aspektləri üzrə məsləhətlər verir. O, neft və qaz, infrastruktur, yenilənən enerji, və mədənçilik layihələrinin xüsusi sənaye məsələləri üzrə məsləhət verir. Öz karyerasında Ayxan hasilatın pay bölgüsü, borc, və məhsulun alğı-satqısı kimi bir sıra nəzər çarpan müqavilə danışıqları və yenidən danışıqlarda habelə investisiya arbitrajında rəyin verilməsi və malların beynəlxalq alğı-satqısının yerinə yetirilməsi mübahisələrində iştirak etmişdir.